Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib.
SİA-nın məlumatına görə, B qrupunun matçında "Sumqayıt" doğma meydanda "Sərhədçi"ni qəbul edib.
Qarşılaşma qonaqların 98:94 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Lənkəran" - "Ordu"nu (103:63), "Naxçıvan" isə "Quba"nı (82:70) məğlub edib.
Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB