UEFA-nın baş katibinin müavini Corco Marketti "Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
SİA xəbər verir ki,o, bu barədə İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində deyib. Qurum rəsmisi Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaqla hər kəsi təəccübləndirdiyini bildirib.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB