Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.
AGF-dən SİA-ya verilən məlumata görə, memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub.
Bildirilib ki, AGF güləşin inkişafı üçün digər idman qurumlarıyla da sıx əməkdaşlığı davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB