Münhen "Bavariya"sı UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
SİA xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas mərhələsinin 7-ci turunda Belçikanın "Yunion" klubunu 2:0 hesabı ilə məğlub edib. Bu, Almaniya nəhənginin ÇL tarixində qapısını toxunulmaz saxladığı 115-ci oyun olub. Bu göstərici ilə "Bavariya" turnirin mütləq rekordçusuna çevrilib.
Buna qədər rekord hərəyə 114 oyunla İspaniyanın "Barselona" və "Real" klublarına məxsus idi.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB