Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XI tura start veriləcək.

SİA-nın məlumatına görə, ilk gündə iki oyun təşkil olunacaq.

Saat 16:00-da "Neftçi" "Ordu" ilə üz-üzə gələcək. Saat 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"i qəbul edəcək.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə