Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Qarabağ”la sabah keçiriləcək matçla əlaqədar mətbuat konfransında mühüm fikirlər səsləndirib. SİA xəbər verir ki A. Slot bildirib ki, Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirmək istəyirlər və “Qarabağ"a qarşı yaxşı hazırlaşıblar: “Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”.
Slotun sözlərinə görə, “Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib: "Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur."
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB