Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb.
SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turunda baş tutub.
Ötən tur 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub. 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas ("Sabah"), Kurban Berdıyev ("Turan Tovuz"), Saşa İliç ("Sumqayıt"), Andrey Demçenko ("Araz-Naxçıvan"), Yuri Vernidub ("Neftçi"), Jorj Kaşkilya ("İmişli") və Kaxaber Tsxadadzenin ("Qəbələ") rəhbərlik etdiyi komandalar meydana çıxıb. Düzdür, onlardan ikisi – İliç və Tsxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib.
Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda 7 əcnəbi baş məşqçi olub.
Həmin vaxt Kaxaber Tsxadadze ("İnter"), Almir Hurtiç ("Muğan"), Toni Adams ("Qəbələ"), Qyoko Hacıyevski ("Simurq"), Naci Şensoy ("Turan"), Mirça Rednik ("Xəzər Lənkəran"), Aleksandr Starkov ("Bakı") komandalara rəhbərlik ediblər.
Ümumiyyətlə, indiyədək yalnız 2008/2009 və 2011/2012 mövsümlərinin gedişində belə hal yaşanıb. 2008/2009 mövsümündə I turu 7 legioner baş məşqçinin olduğu ilk oyunlar kimi tarixə düşüb. 2008-ci ilin yayında Qyoko Hacıyevski ("Bakı"), Valentin Xodukin ("İnter"), Anatoli Demyanenko ("Neftçi"), Roman Pokora ("Simurq"), Kaxaber Tsxadadze ("Standard"), Mustafa Yılmaz ("Turan"), Rasim Kara ("Xəzər Lənkəran") iş başında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB