Argentinalı ulduz futbolçu DÇ-2026-nı buraxacaq

Vilyarreal"ın və Argentina yığmasının müdafiəçisi Xuan Foyt sıradan çıxıb. SİA İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya La Liqasının 21-ci turunda "Real"a qarşı keçirilən matçda (0:2) sol ayağından ağır zədə alan futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq.

Bu fonda futbolçunun DÇ-2026-nı buraxmaq ehtimalı yüksəkdir. "Sport.es" nəşrinin məlumatına görə, bu cür zədələrdən sonra bərpa müddəti adətən 6-9 ay çəkə bilir. Mundialın 11 iyun - 19 iyul tarixlərində keçiriləcəyini nəzərə alsaq, Foytun turnirə qədər tam hazır olması sual altına düşüb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə