Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb

Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir oyun keçirilib.

SİA xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində "Şəki" NTD-ni qəbul edib.

A qrupunun qarşılaşması qonaq kollektivin 95:93 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" isə "Gəncə"ni (101:77) məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə