Azərbaycan Basketbol Liqasında XIV tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında XIV tura bu gün yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulacaq.

SİA xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə Şəki Olimpiya İdman Kompleksində "Şəki" NTD-ni qəbul edəcək. Bu matç saat 14:00-da başlayacaq.

Ardınca isə Bakı İdman Sarayında "Neftçi" "Abşeron Lions" kollektivi ilə qarşılaşacaq. Sözügedən görüş saat 18:00-da start götürəcək.

A qrupunda "Abşeron Lions" 25 xalla ikinci, 18 xala malik "Neftçi" üçüncüdür. 15 xalı olan "Şəki" beşinci sırada yer alıb. NTD isə 13 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" isə "Gəncə"ni (101:77) məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə