"Arda Güləri əsas oyunçuya çevirəcəm" - baş məşqçi

Madrid "Real"ının türkiyəli futbolçusu Arda Gülerin gələcəyi ilə bağlı mühüm qərar verilib.
"Marca" nəşrinin yazdığına görə, UEFA Çempionlar Liqasında "Monako" ilə qarşılaşmada start heyətdə meydana çıxan gənc ulduz performansı ilə baş məşqçi Alvaro Arbeloanın etimadını doğruldub. Məlumata görə, mövsümün sonuna qədər komandaya rəhbərlik etməsi gözlənilən A. Arbeloa rəhbərlikdən Ardanın mütləq komandada qalmasını tələb edib.

İspaniyalı mütəxəssis 20 yaşlı futbolçunun heyətdəki yerini möhkəmlədəcəyini və onu komandanın əsas oyunçusuna çevirməyi planlaşdırdığını bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə