...Gökdeniz Karadeniz Rubin Kazan sistemindən ayrılır. 2023-cü ildən idarə etdiyi və İkinci Liqada iki bürünc medal qazandırdığı “Rubin-2” ilə müqaviləsi başa çatdı və yenilənmədi.
Klubun mətbuat xidməti qeyd edir ki, “…gənc oyunçuların və bütün klubun inkişafına verdiyi töhfəyə görə Gökdeniz Karadeniz-ə təşəkkür edirik və məşqçilik karyerasında yeni zirvələr arzulayırıq!”.
“Rubin” əfsanəsi və iki çempionluq titulunu qazanan "qızıl" komandanın keçmiş əsas oyunçusu Karadeniz bölgədə əhəmiyyətli bir fiqur olaraq qalır.
2020-ci ildə o, Vısokoqorski rayonunda öz adını daşıyan bir məscid tikdirdi və bu, onun Tatarıstanla dərin əlaqəsini vurğuladı.
Tədbirdə hətta Türkiyənin Kazandakı o vaxtkı baş konsulu İsmət Erikan da iştirak etdi.
…Və bir müddət əvvəl keçmiş futbolçu Andrey Fedorov “Rubin-2”-nin yeni baş məşqçisi olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB