Misli Premyer Liqasının XVII turunda "Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib. SİA xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində ilk qolu 45-ci dəqiqədə Domi Massumo vurub. Hissələrarası fasilədən sonra, 46-cı dəqiqədə isə "Qəbələ" İsaak Amoahın sayəsində ikinci qolu rəqib qapısından keçirib. Görüşün 81-ci dəqiqəsində İsmael Akinade fərqi 3 topa çatdırıb. Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının 4-cü qolunu vurmaqla son nöqtəni qoyub.
Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB