İtaliya A seriyasının 12-ci turunda "İnter"lə matç "Milan"ın baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
O, İtaliya təmsilçisi ilə bütün yarışlarda 100-cü qələbəsini qazanıb. Beləliklə, mütəxəssis "Milan"da 100 qələbə həddinə çatan 7-ci baş məşqçi olub.
Daha əvvəl bu uğura Karlo Ançelotti, Nereo Rokko, Fabio Kapello, Stefano Pioli, Nils Liedholm və Arriqo Sakki yiyələnmişdi.
Qeyd edək ki, Alleqri 30 may 2025-ci ildən "Milan"ı çalışdırır. O, daha əvvəl 2010-2014-cü illərdə də bu komandaya rəhbərlik edib.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB