“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Liverpul”un hücumçusu Məhəmməd Salah barədə fikirlərini bölüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçmiş hücumçu hesab edir ki, baş məşqçi Arne Slot komandada tarazlığı qorumaq üçün ulduz oyunçunu ehtiyatda saxlamağa cəsarət etməlidir.
"Salah onlara müdafiədə kömək etmir. Başa düşürəm, o, klubun əfsanəsidir və gördüyü işlərə böyük hörmətim var. Amma əgər daim əsas heyətdə oynayan bir futbolçu qaçmırsa, onda ehtiyatdakı oyunçuların can qoymasının nə mənası var? Əgər mən Arne Slot olsaydım, bütün komandaya təsir edəcək ciddi qərar verərdim" – deyə Runi *The Wayne Rooney Show* YouTube kanalında bildirib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Uğursuz mövsüm keçirən "Liverpul" hazırda Premyer Liqada 18 xalla 11--ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB