“Milan” derbidə “İnter”i məğlub edib

İtaliya A Seriyasında XII turun mərkəzi oyunu keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “İnter” və “Milan” üz-üzə gəlib. Görüş ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Kristian Pulişiç vurub.

Bu nəticədən sonra “Milan” xallarını 25-ə çatdırıb və ikinci pilləyə yüksəlib. “İnter” isə 24 xalla dördüncü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə