İtaliya A Seriyasında XII turun oyunları keçirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti rəqibi olan "Napoli" ölkə çempionatında bu tur "Atalanta"nı qəbul edib. Neapol təmsilçisi doğma azarkeşləri önündə inamlı qələbə qazanıb - 3:1. Meydan sahibləri hər üç qolu ilk hissədə vurublar. 17 və 38-ci dəqiqələrdə David Nereş fərqlənib. 45-ci dəqiqədə isə Noa Lonq adını tabloya yazdırıb. Qonaqların yeganə qoluna 52-ci dəqiqədə Canluka Skamakka imza atıb.
Bu qələbə ilə xallarını 25-ə çatdıran "Napoli" turnir cədvəlində liderliyə yüksəlib. "Atalanta" isə 13 xalla 13-cüdür.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-dən 26-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB