Azərbaycanın cüdo millisi Yaponiyada hazırlıq keçir - FOTOLAR

Cüdo üzrə Azərbaycan millisi Yaponiyaya təlim-məşq toplanışına yollanıb. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildirilib ki, kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və məşqçi Kotaro Sasakinin rəhbərliyi altında Tokay Universitetində keçirilən toplanışa 10 idmançı cəlb olunub. Düşərgədə millinin üzvləri texniki və taktiki elementlər üzərində çalışırlar.

Qarşıdakı yarışlara hazırlıq və beynəlxalq təcrübənin artırılması məqsədi daşıyan toplanış noyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, düşərgədə Azərbaycanla yanaşı, Yaponiya, Rusiya və Danimarka yığmaları da iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə