Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, B qrupunda yer alan yığmamız Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Seçmə mərhələdəki ilk qalibiyyətdən sonra Rəşad Eyyubovun başçılıq etdiyi komanda xallarının sayını 5-ə çatdırıb.
U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB