“Kəpəz” Yusif İmanovun keçidini açıqlayıb

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

SİA xəbər verir ki, “sarı-göylər" Yusif İmanovu heyətinə daxil edib. 23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, İmanov son olaraq Kosovonun "Malişevo" klubunun formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə