Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. SİA xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda misirli Məhəmməd Əbdülrəhimə 4:1 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi iranlı Olimpiya çempionu Səid İsmaili olacaq.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər yunan-Roma güləşçiləri Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) əvvəlki raundlarda məğlub olublar. İdmançılarımızın uduzduqları rəqiblər finala vəsiqə qazansalar, təmsilçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB