“İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılışı olub - YENİLƏNİB/FOTOLAR
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfransda qurumun son 9 ay ərzində gördüyü işlər barədə hesabat təqdim edilib. SİA-nın verdiyi məlumata görə, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə təqdimatında Milli Test Bölüşdürmə Planının təsdiqləndiyini və hesabat dövründə ümumilikdə 649 test aparıldığını qeyd edib. Bildirib ki, bunlardan 282-si yarış zamanı, 367-si isə yarışdan kənar dövrdə həyata keçirilib.
Diqqətə çatdırılıb ki, 68 idmançı Qeydiyyata alınmış Test Qrupunun (QTQ) nəzarətində saxlanılıb. Həmçinin 30 antidopinq nəzarət məntəqəsi auditdən keçirilib. Tədbir çərçivəsində yeni DNT/QTİ seçimi və təlimləri də təşkil olunub.
Təqdimatın növbəti hissəsində nəticələrin emalı və təhqiqat prosesi barədə məlumat verilib. Qeyd olunub ki, AMADA-nın 2017–2025-ci illər ərzindəki fəaliyyəti nəticəsində ən çox sanksiya tətbiq edilən idman növləri müəyyənləşdirilib. Əldə olunan göstəricilərə əsasən, güləş (22) birinci yerdə qərarlaşıb. Onu boks (20) və ağır atletika (12) izləyib. Siyahıda daha sonra taekvondo (11), cüdo (9), pauerliftinq (7), velosiped idmanı (6), atletika (5), həndbol (5) və kikboksinq (5) kimi idman növləri yer alıb.
Hesabatda, həmçinin beynəlxalq əlaqələr və elmi-tədris fəaliyyətləri barədə də ətraflı məlumat verilib.
Bildirilib ki, AMADA 12 əsas beynəlxalq tərəfdaş - WADA, UNESCO, NADA Germany, POLADA, ITA, iNADO və digər qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub. Qurum CAHAMA, T-DO, iNADO və WADA tədbirlərində mütəmadi iştirak edir. Eyni zamanda, POLADA və NADA Germany ilə əməkdaşlıq memorandumu imzalanıb. Vurğulanıb ki, 2026-cı ildə WADA Avropa Simpoziumu Bakıda keçiriləcək. Bu tədbirlərin nəticəsində Azərbaycanın antidopinq sahəsində qlobal mövqeyi daha da möhkəmləndirilib.
AMADA-nın elmi və maarifləndirici fəaliyyəti də diqqət mərkəzində olub. Hesabatda bildirilib ki, 50-dən çox maarifləndirici tədbir təşkil edilib və bu tədbirlərə 2 mindən artıq iştirakçı qatılıb. Qurum UNESCO qrantı (35 000 ABŞ dolları) çərçivəsində süni intellekt layihəsi həyata keçirib. Həmçinin iNADO, UKAD, ITA və IOC ilə birgə beynəlxalq təqdimatlar təşkil olunub.
Qeyd olunub ki, gənclər və yeniyetmələr antidopinq maarifləndirilməsində prioritet hədəf qrup kimi müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB