Federasiyalarla və beynəlxalq qurumlarla sıx əməkdaşlıq əsas hədəflərimizdəndir - İcraçı direktor

AMADA idmançıların təmiz və sağlam böyüməsinə mühüm töhfə verir. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfransın açılış mərasimində deyib. O, qurumun qarşısına qoyulan başlıca məqsədin təmiz idmançı yetişdirmək olduğunu bildirib: “Bu istiqamətdə Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlıq edirik və dostluq əlaqələrinə görə WADA-ya minnətdaram. AMADA milli antidopinq təşkilatları ilə əməkdaşlığa böyük önəm verir. Federasiyalarla və beynəlxalq qurumlarla əlaqələrin gücləndirilməsi əsas hədəflərimizdəndir. İllər keçdikcə daha çox işlər həyata keçiririk. Əsas vəzifəmiz bu işi sistemli şəkildə davam etdirmək və təmiz idmançı yetişdirməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə