Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası CEV Kubokunda ilk oyununa çıxacaq. SİA xəbər verir ki, “dəmiryolçular” 1/32 finalda Niderlandın "Orion Stars" komandasını qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, cavab matçı noyabrın 19-da Niderlandda baş tutacaq. Qalib komanda 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivinə rəqib olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB