Azərbaycanın stolüstü tennisçiləri növbəti mərhələyə yüksəliblər

Qadınlardan ibarət Azərbaycanın stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Pakistana qalib gəlib. SİA xəbər verir ki, yığma C qrupundakı sonuncu matçında 8:3 hesablı qələbəyə sevinib.

Milli komanda bu nəticə ilə qrupu qalib başa vurub və 1/4 finala adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə