“Bavariya”nın 16 oyunluq ardıcıl qələbə seriyası Berlində başa çatıb

“Bavariya”nın 16 oyunluq ardıcıl qələbə seriyası Berlində başa çatıb

Münxenin “Bavariya” klubunun cari mövsümdə ardıcıl qələbələr seriyası Berlində başa çatıb. SİA xəbər verir ki, “Bavariya” Bundesliqanın 10-cu turunda Berlində paytaxt təmsilçisi “Union” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da “Bavariya”nın 16 oyunluq qələbə seriyası başa çatıb. “Union” matçın 27-ci dəqiqəsində Danilo Doexinin qolu ilə hesabda irəli çıxsa da, “Bavariya” 38-ci dəqiqədə Luis Diasın sayəsində hesabı bərabərləşdirib. Görüşün sonuna yaxın – 82-ci dəqiqədə Danilo Doexi Berlin təmsilçisini yenidən hesabda irəli çıxarsa da, münxenlilər Harri Keynin 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.

Bununla da “Bavariya” 28 xalla Bundesliqada liderliyini davam etdirib. “Union Berlin” isə 12 xalla 10-cu sırada qərarlaşıb.

Digər oyunlar aşağıdakı hesablarla başa çatıb:

“Bayer Leverkusen“ – “Heidenheim” - 6:0

“Hoffenhaym” - “Leyptsiq” ¬¬- 3:1

“Hamburq” - “Borussia Dortmund” - 1:1

“Borussiya Mönxenqladbax” - “Köln” ¬¬- 3:1

Tura “Frayburq” - “St Pauli”, “Ştutqart” - “Auqsburq”, “Ayntraxt Frankfurt” - “Auqsburq” görüşləri ilə yekun vurulacaq. Turun açılış matçında “Verder Bremen” öz meydanında “Volfsburq” üzərində 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə