İslamiada: Atletlər kəndində Azərbaycan idmançıları ilə görüş olub - FOTOLAR

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olub. SİA xəbər verir ki, nazir noyabrın 7-də atletlər kəndinə baş çəkib, Oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti və hazırlıq prosesi ilə maraqlanıb.

Fərid Qayıbov idmançılara yarışlarda uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə