"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem klubun yeni rekordunu müəyyənləşdirib. SİA xəbər verir ki, o, XXI əsrdə "Barselona"ya qarşı matçda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc futbolçu olub. Bu barədə "Opta" məlumat yayıb. İngiltərəli yarımmüdafiəçi bunu 22 yaş 119 günlük ikən gerçəkləşdirib. Bununla da Bellinqem 2023-cü ilin aprelində İspaniya Kubokunda "Barselona"ya qarşı eyni nailiyyəti qazanan, lakin həmin vaxt 22 yaş 267 günlük olan Vinisius Juniorun rekordunu qırıb.
Xatırladaq ki, "Real" ötən baş tutan "El-Klasiko"da 2:1 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB