Afrikalı futbolçu Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

P. Andrade 2020/2021-ci illər mövsümündə Premyer Liqada iki klubun formasını geyinib. Afrikalı oyunçu 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da 8 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə