Donnarumma Haaland və Mbappe arasında seçim etdi

"Mançester Siti”nin qapıçısı Canluici Donnarummadan “şəhərlilər”in hücumçusu Erlinq Haaland və “Real”ın hücumçusu Kilian Mbappe arasında seçim etmək istənilib. SİA “Daily Mail”ə istinadən bildirir ki, Donnarumma “Erlinq sol ayaqlıdır, ona görə də o, artıq Kiliandan fərqlənir. Hər ikisinə qarşı oynamaq çətindir. Ona görə də seçim etmək çətindir. Amma mən Erlinqin komandamda oynamasına üstünlük verərdim” deyib. İtaliyalı futbolçu 2021-2024-cü illərdə Mbappe ilə PSJ-də çıxış edib. Bu mövsüm Haaland bütün yarışlarda 15 oyun keçirib, 18 qol vurub və 2məhsuldar ötürmə edib. Mbappe bütün yarışlarda 15 oyun keçirib, 16 qol vurub və2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə