Abubakar debüt oyununda “Neftçi”yə üç xal qazandırıb

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları İfeanyi Metyu və yeni transfer Vensan Abubakar vurublar. Həmçinin, Abubakar birinci qolun məhsuldar ötürməsini verib.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) üstələyib. "Araz-Naxçıvan" - "Sabah" görüşü 2:2 hesablı heç-heçə ilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə