Avstraliyalı üzgüçü Lani Pallister Kanadanın Toronto şəhərində keçirilən Dünya Kubokunda rekorda imza atıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı idmançı bunu 800 metr məsafəyə sərbəst üsulla üzmədə reallaşdırıb.
Məsafəni 7 dəqiqə 54 saniyəyə qət edən Pallister 2022-ci ildə amerikalı Keti Ledekinin sahib olduğu rekordu (7 dəqiqə 57,42 saniyə) qırıb.
Qeyd edək ki, L.Pallister ikiqat dünya çempionu, həmçinin qısa məsafələr üzrə keçirilən dünya birinciliklərinin beşqat qalibidir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB