"Sabah" "Araz-Naxçıvan"la heç-heçə, "Zirə" isə "Sumqayıt"ı üstələyib

Misli Premyer Liqasında IX turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, günün ilk matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Görüş heç-heçə ilə bitib- 2:2.

İkinci qarşılaşmada "Sumqayıt" "Zirə"nin qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Zirə” üçüncü, eyni xala malik "Araz-Naxçıvan" dördüncü, 15 xalı olan “Sabah” beşinci, "Sumqayıt” isə 14 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı 2:1, “İmişli" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə