“Bavariya” Bundesliqanın 8-ci turunda səfərdə “Borussiya Mönxenqladbax” ilə üz-üzə gəlib.
SİA xəbər verir ki, görüşdə 3:0 hesabı ilə qalib gələn münxenlilər çempionatda ardıcıl qələbə seriyasını səkkizə çatdırıblar. Görüşdə hər üç qol ikinci hissədə vurulub. Münxen təmsilçisinin heyətində Coşua Kimmix (64), Rafael Qerreyro (69) və Lennart Karl (81) fərqləniblər.
Günün digər qarşılaşmalarında “Leyptsiq” səfərdə “Auqsburq”u darmadağın edib – 6:0. “Ayntraxt Frankfurt” doğma meydanda “St Pauli”nin qapısından iki cavabsız top keçirib. “Hamburq” öz meydanında minimal hesabla “Volfsburq”a uduzub. “Hoffenhaym” isə doğma divarlar arasında “Haydenhaym”ı məğlubiyyətə uğradıb – 3:1.
Günə “Borussiya Dortmund” – “Köln” oyunu ilə yekun vurulacaq.
Çempionatın sabah keçiriləcək görüşlərində “Bayer Leverkuzen” öz meydanında “Frayburq”u, “Ştutqart” isə “Maynts”ı qəbul edəcək.
Turun açılış matçında isə “Verder Bremen” öz meydanında “Union Berlin”ə qalib gəlib – 1:0.
Çempionata 24 xalla “Bavariya” liderlik edir. Münxenlilərdən beş xal az toplayan “Leyptsiq” ikinci sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB