Messi MLS-də klub səviyyəsində il ərzində ən çox qol vuran oyunçu olub

Argentina millisinin hücumçusu, ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS tarixində bir təqvim ili ərzində klub səviyyəsində ən çox qol vuran oyunçu olub. SİA xəbər verir ki, Messi bu nailiyyətə Şərq Konfransının pley-off mərhələsinin birinci raundunda “Neşvill”ə qarşı keçirilən oyunda imza atıb.

Görüş 3:1 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb, argentinalı ulduz isə iki qol vuraraq 2025-ci ildə bütün turnirlər üzrə qollarının sayını 39-a çatdırıb.

Bundan öncə bu göstəriciyə görə rekord 38 qolla meksikalı Karlitos Vela (2019) və qabonlu Deni Buangaya (2023) məxsus olub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə