"Qarabağ" "Atletik"lə oyunda zədələnən futbolçunun vəziyyəti...

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.

Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə