İtaliyanın “Sportellate” idman portalı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlarından bəhs edən məqalə dərc edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yazıda Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla böyük idman uğuruna imza atdığı bildirilir. Vurğulanır ki, Qurban Qurbanovun komandası Liqa mərhələsinin ilk iki turunda əldə etdiyi nəticələrlə də xüsusilə diqqət mərkəzində olub.
Qeyd edilir ki, azərbaycanlı mütəxəssis Çempionlar Liqasında debütant deyil, Azərbaycan millisinin sabiq futbolçusu 17 mövsüm əvvəl “Qarabağ”ın baş məşqçisi olub.
Komandanın Qurban Qurbanovun rəhbərliyi altında müxtəlif ilklərə imza ataraq manşetlərə çıxmağa başladığı, Azərbaycan klubunun ikinci titulunu əldə etdiyi ildə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı bildirilir. Diqqətə çatdırılır ki, 2017-ci ildə “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ilk Azərbaycan klubu olub.
Yazıda, həmçinin “Qarabağ”ın yerli və legioner futbolçuları haqqında ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə