Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununu keçirəcək. SİA xəbər verir ki, son ölkə çempionu təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək.
İlk oyun oktyabrın 23-də Bakıda keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə