Milli Paralimpiya Komitəsi Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlığı gücləndirir - FOTOLAR

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Üzgüçülük Federasiyası (ASF) arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. MPK-dən SİA-ya verilən məlumata görə, memorandumu komitənin baş katibi Toğrul Rəhimov və ASF-in baş katibi Oqtay Atayev imzalayıblar.

Hər iki qurum rəsmiləri arasında Memorandum ilə bağlı geniş tərkibdə görüş keçirilib.

Tərəflər arasında paraüzgüçülük idman növünün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə