UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura bu gün start veriləcək

UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura bu gün start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.

“Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos”, “Arsenal” İngiltərədə İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gələcək.

Fransa təmsilçisi PSJ Almaniyanın “Bayer”, İngiltərə nəhəngi “Mançester Siti” isə İspaniyanın “Vilyarreal” klubunun qonağı olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

21 oktyabr

20:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan)

20:45. “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr)

23:00. “Bayer” (Almaniya) - PSJ (Fransa)

23:00. “Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya)

23:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya)

23:00. “Nyukasl” (İngiltərə) - “Benfika” (Portuqaliya)

23:00. “Vilyarreal” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

23:00. PSV (Niderland) - “Napoli” (İtaliya)

23:00. “Yunion” (Belçika) - “İnter” (İtaliya)

Bütün xəbərlər Facebook səhifəmizdə