Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub. SİA xəbər verir ki, Azərbaycan millisi yarışı 6 qızıl, 3 bürünc medalla başa vurub.
Yığmanın heyətində Balabəy Ağayev (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Vüsal Qələndərzadə (81 kiloqram), Zelim Kotsoyev (81 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram) və Murad Fətiyev (90 kiloqram) isə bürünc mükafatla kifayətləniblər.
Azərbaycan yığması 9 mükafatla ümumi medal sıralamasında birinci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə