İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.
SİA xəbər verir ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olub. "Enfild" stadionunda oynanılan qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Yunayted" 9-cu pilləyə yüksəlib. "Liverpul" isə 15 xalla üçüncüdür.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan "Arsenal" başçılıq edir. Liderdən 3 xal az toplayan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə