Xabi Alonso avqust ayında La Liqada ən yaxşı baş məşqçi seçilib. SİA xəbər verir ki, "Real”ın çalışdırıcısı bu uğura mövsümün ilk ayında komandasının göstərdiyi nəticələr sayəsində layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisi avqust ayında La Liqada keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real”ın baş məşqçisi postuna gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə