Gənclər və İdman Nazirliyi beynəlxalq mükafat uğrunda müsabiqənin finalına yüksəlib
Sentyabrın 11-də Şarja Hökumət Media Bürosu tərəfindən təqdim olunan 12-ci Şarja Hökumət Kommunikasiyası Mükafatının (SGCA 2025) qalibləri elan ediləcək.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi də beynəlxalq mükafatın nominantları arasında finala yüksəlib.
Qeyd edək ki, Ali Münsiflər Heyətinin qiymətləndirməsindən sonra ilkin mərhələdə 37 ölkədən 600-dən çox namizəd arasından 170-i seçilib. Ardınca final mərhələsinə 23 kateqoriya üzrə vəsiqə qazanan 74 namizəd arasında Gənclər və İdman Nazirliyi də yer alıb.
Nazirlik “Gənclərə hədəflənmiş ən yaxşı kommunikasiya — Gəncləri və yeni layihələri dəstəkləyən ən yaxşı kommunikasiya proqramı” kateqoriyasında nominantlar arasındadır. Builki mövzusu “Həyat keyfiyyəti üçün kommunikasiya” olan mükafatın qaliblərinin adları Şarjada keçiriləcək 14-cü Beynəlxalq Hökumət Kommunikasiyası Forumunun (IGCF 2025) bağlanış mərasimində elan ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə