Bakıdakı sammitdə iştirakçıların sayı 2800-3000 aralığında olacaq - “SportAccord”un prezindeti
Bakıda 2026-cı ildə keçiriləcək “SportAccord” Dünya İdman və Biznes Sammitində iştirakçıların sayı 2800-3000 aralığında olacaq. SİA xəbər verir ki, bu barədə “SportAccord”un prezidenti Prof. Dr. Uğur Erdener tədbirlə bağlı keçirilən təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu söyləyib: “Bakı demək olar ki, hər il bir çox nüfuzlu tədbir və yarışları qəbul edir. Bu tədbirin də uğurla həyata keçiriləcəyinə inanırıq. Sammitdə dünyanın ən mühüm idman adamları bir araya toplaşacaq və önəmli müzakirələr aparılacaq”.
Qeyd edək ki, tədbir mayın 24-28-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə