Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və SportAccord arasında rəsmi müqavilə imzalanıb

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və SportAccord arasında rəsmi müqavilə imzalanıb. SİA-nın məlumatına görə, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, SportAccordun prezidenti Uğur Erdener və müxtəlif federasiyaların rəsmiləri iştirak ediblər.

Sözləşməyə əsasən, Bakı 2026-cı ildə (24-28 may) SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək.

Tədbir zamanı Bakının 2026-cı ildəki tədbirə ev sahibi şəhər kimi təqdimatı da elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə