Güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı uğurla yekunlaşıb - FOTOLAR

Sentyabrın 2-6-da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı uğurla yekunlaşıb. SİA xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində baş tutan yarışda müxtəlif kateqoriyalar üzrə 100-dən artıq idmançı çempionluq uğrunda mübarizə aparıb. Beş gün davam edən həyəcanlı və gərgin çıxışlardan sonra qaliblərin adları müəyyənləşib.

25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə yarışın qalibləri (qadınlar):

1. Zeynəb Sultanova

2. Nilufər Səmədli

3. Sofiya Barxalova

25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə yarışın qalibləri (kişilər):

1. Ruslan Lunev

2. İmran Qarayev

3. Cəfər Sultanlı

50 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə yarış:

1. Rəsul Məmmədov

2. Hacı Musayev

3. Vladislav Kalmıkov

50 metr məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma yarışının qalibləri:

1. Nigar Ramazanova

2. Əliməmməd Hüseynov

3. Üzeyir Tapdıqlı

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibləri (qadınlar):

1. Sofiya Barxalova

2. Xanna Əliyeva

3. Zeynəb Sultanova

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibləri (kişilər):

1. Oleq Kerjankin

2. Hacı Musayev

3. Rəsul Məmmədov

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın qalibləri (qadınlar):

1. Elvina Əfsanə

2. Nigar Ramazanova

3. Jalə Bayramova

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın qalibləri (kişilər):

1. Üzeyir Tapdıqlı

2. Əliməmməd Hüseynov

3. Ruslan Qəhrəmanov

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibləri (qarışıq komanda):

1. Leyli Əliyeva – Elvin Astanov

2. Zeynəb Sultanova – Vladislav Kalmıkov

3. Xanna Əliyeva – Hacı Musayev

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışın qalibləri (qarışıq komanda):

1. Jalə Bayramova – Üzeyir Tapdıqlı

2. Nuranə Əliyeva – Ruslan Qəhrəmanov

3. Nigar Ramazanova – Ramiz Xəlilov

Qadınlar arasında səngər stendi atıcılığı yarışının qalibləri:

1. Nərmin Cəfərova

2. Aydan Camalova

3. Alina Rəfixanova

Kişilər arasında səngər stendi atıcılığı yarışının qalibləri:

1. Əli Hüseynli

2. Mirmömin Ağazadə

3. Tamerlan Məmmədov

Qadınlar arasında dairəvi stend atıcılığı yarışının qalibləri:

1. Nurlana Cəfərova

2. Riqina Meftaxetdinova

3. Şölə Quliyeva

Kişilər arasında dairəvi stend atıcılığı yarışının qalibləri:

1. Cavid Həsənov

2. Niyaz Ağazadə

3. Fuad Qurbanov

Bütün xəbərlər Facebook səhifəmizdə