Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb. SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:
9 sentyabr
Azərbaycan - Ukrayna
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Hakimlər briqadası Yunanıstandandır)
Bütün xəbərlər Facebook səhifəmizdə