Çövkən üzrə Asiya çempionatının finalçıları müəyyən olub - FOTO

Çövkən üzrə 3 gündür davam edən gərgin Asiya çempionatı artıq həlledici mərhələyə çatıb. SİA xəbər verir ki, turnirin hər günü böyük həyəcan, maraqlı anlar və gözlənilməz nəticələrlə yadda qalıb. İndi isə bütün diqqətlər final qarşılaşmalarına yönəlib.

1-ci günün nəticələri:

Qazaxıstan 7:2 Honq Konq pizza hut

Pakistan 4:0 Qırğızıstan

Özbəkistan 1:0 BƏƏ

2-ci günün nəticələri:

Qazaxıstan 0:7 Özbəkistan

Pakistan 7:0 Honq Konq

BƏƏ 5:2 Qırğızıstan

Bu nəticələrdən sonra turnirdə güclülər və zəiflər arasında dəqiq fərqlər özünü göstərdi. Pakistan və Özbəkistan qətiyyətli oyunu ilə finala yüksələrək çempionluq iddiasını ortaya qoydular. Qazaxıstan və BƏƏ isə 3-cü yer uğrunda mübarizə aparacaq. Honq Konq və Qırğızıstan isə 5-ci yer üçün üz-üzə gələcək.

Turnirin yekun qarşılaşmaları müəyyənləşib. Final oyununda Özbəkistan və Pakistan komandaları üz-üzə gələcək. 3-cü yer uğrunda Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 5-ci yer uğrunda isə Honq Konq və Qırğızıstan komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin bu mərhələsində artıq hər qol, hər dəqiqə və hər hücum taleyüklü olacaq. Güclü komandaların çıxışı göstərdi ki, buraya qədər təsadüfi gələn yoxdur. İndi azarkeşləri böyük həyəcan gözləyir, çünki məhz qarşıdakı oyunlar yarışın qalibini və mükafatçılarını müəyyənləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə