Fransız pilot Pyer Qasli “Alpin”lə yeni müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Razılaşma 2028-ci il mövsümünədək nəzərdə tutulub. Qasli 2018-ci ildən Formula-1-də əsas pilot kimi çıxış edir. Onun yeganə qələbəsi 2020-ci il sentyabrın 6-da baş tutan İtaliya Qran-prisində qeydə alınıb. Cari mövsümdə 29 yaşlı fransız sürücü 20 xalla şəxsi hesabda 14-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə